Bakı–Qazax yolunda maşın arakəsməyə çırpılaraq aşıb - VİDEO
Bu gün Bakı–Qazax avtomobil yolunun 80,5-ci kilometrliyində qəza baş verib.
Adalet.az DİN-in Baş Dövlət Yol Polisi İdarəsinə istinadən xəbər verir ki, səhər saat 7 radələrində “Toyota” markalı nəqliyyat vasitəsinin sürücüsü A.Cabbarovun, ilkin məlumata əsasən, sükan arxasında yuxulaması səbəbindən yol-nəqliyyat hadisəsi baş verib.
Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev bildirib ki, yuxusuz və yorğun halda avtomobil idarə edilməsinin ağır nəticələri ilə bağlı davamlı xəbərdarlıqların edilməsinə baxmayaraq, eyni səbəbdən baş verən hadisələrin təkrarlanması ciddi narahatlıq doğurur:
"Yuxusu gəldiyini hiss edən sürücünün hərəkəti davam etdirməsi sadəcə diqqətsizlik deyil bu, mümkün nəticələri bilərək həm özünü, həm də digər hərəkət iştirakçılarını təhlükə altına atmaqdır.
Uzaq məsafəyə səfərə çıxan sürücü əvvəlcədən kifayət qədər istirahət etməli, hərəkət zamanı yorğunluq və yuxululuq hiss etdikdə isə avtomobili təhlükəsiz yerdə saxlamalıdır. Yuxululuğun qarşısını almağın yeganə düzgün yolu normal istirahətdir.
Sürücülər səfərə hazırlaşarkən təkcə avtomobilin texniki vəziyyətini deyil, öz fiziki vəziyyətlərini də düzgün qiymətləndirməlidirlər. Yorğun halda sükan arxasına keçməyin, yuxunuz gəlirsə, hərəkəti dərhal dayandırın.
Səfəri təxirə salmaq mümkündür, lakin baş vermiş ağır hadisənin nəticələrini geri qaytarmaq mümkün deyil".
Digər Xəbərlər
22 Oktyabr 2026 16:34
Azərbaycana qarşı təxribatla məşğul olan jurnalist həbs olundu
22 Oktyabr 2026 13:06
Bakıda avtobus sürücüsü sərnişinlə mübahisə etdi, hamını yolda saxladı
22 Oktyabr 2026 11:02
2 yaşlı uşaq su kanalında boğuldu
21 Oktyabr 2026 11:15
Dərin quyu hələ də doldurulmayıb...
21 Oktyabr 2026 10:10
Lerikdə qızıl axtaranlar tutuldu - Biri qayadan yıxılıb öldü
20 Oktyabr 2026 17:39
Məktəbdə şagirdlər arasında dava, biri xəstəxanalıq oldu
20 Oktyabr 2026 13:13
Sərhədi pozmağa cəhd edən Pakistan vətəndaşı saxlanıldı
19 Oktyabr 2026 16:31


Bakı -°C

