Bakı sakini döyülüb, 4000 manatı və 2800 manatlıq telefonu əlindən alınıb
Bakı sakininə qarşı soyğunçuluq edilib.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, mayın 20-də Nəsimi rayonu ərazisində bir nəfərin paytaxt sakini M.Quliyevə zor tətbiq edərək içərisində 4000 manat olan pulqabısını və 2800 manat dəyərində mobil telefonunu talaması barədə polisə məlumat daxil olub.
Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Nazim Ağayev müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Digər Xəbərlər
16 Sentyabr 2024 17:57
Avtomobillərdən və ödəniş terminalından 14 min manat oğurlanıb - VİDEO
16 Sentyabr 2024 16:49Böyükağa Şükürovun müəmmalı ölümü… – İş yenidən araşdırılacaq
16 Sentyabr 2024 12:24İşə düzəltmək adı altında 100-dən çox vətəndaşı aldatdılar - VİDEO
16 Sentyabr 2024 11:505040 nəfər narkotiklərlə bağlı cinayət məsuliyyətinə cəlb olunub
16 Sentyabr 2024 11:15