"BakıKart"da yaranan problem aradan qaldırıldı - YENİLƏNİB
Bu gün səhər satlarında Bakının ictimai nəqliyyatında gediş haqqının QR ödənilməsində yaranan çətinliklər aradan qaldırılıb.
Adalet.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Bildirilib ki, hazırda sərnişinlər ictimai nəqliyyatda ödənişləri QR yaratmaqla həyata keçirə bilirlər.
"Bu gün saat 07:42-08:26 aralığında Nağdsız Ödəniş Sistemində gediş haqqının QR ödənilməsində çətinlik yaşanıb. Səbəb QR generasiyasında texniki problemin yaranmasıdır", - deyə məlumatda qeyd olunub.
***
Bu gün Bakıda ictimai nəqliyyatda onlayn ödəniş sistemi olan “BakıKart”da problem yaranıb.
Adalet.az xəbər verir ki, onlayn ödəniş etmək mümkün olmayıb.
Belə ki, “M10” və “Birbank” tətbiqləri vasitəsilə edilən ödənişlər “BakıKart” cihazlarındakı problem səbəbindən köçməyib.
Nəticədə ictimai nəqliyyat vasitələrində növbələr baş verib.
Xatırladaq ki, bir müddət əvvəl də belə bir problem yaranmışdı.
Digər Xəbərlər
14 Fevral 2026 00:55
AzTV-nin yaranmasından 70 İL ÖTÜR
14 Fevral 2026 00:16
“Koroğlu” metrosu istiqamətində hərəkət DAYANDIRILDI
14 Fevral 2026 00:07
Emil Səlim HƏBS EDİLDİ
13 Fevral 2026 19:39
Elşad Quluyev vəzifəsindən azad edildi
13 Fevral 2026 19:28
"AzerGold"la bu institut arasında memorandum imzalandı - FOTO
13 Fevral 2026 19:17
HHQ-də yoxlamalar keçirildi - FOTOLAR
13 Fevral 2026 17:56
ADY sərnişindaşıma xidmətinin səviyyəsini yüksəldib
13 Fevral 2026 17:44


Bakı -°C

