Sabahdan kirayə mənzil üçün müraciətlər müvəqqəti dayandırılır
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 yanvar 2019-cu il tarixli 488 saylı Fərmanına uyğun olaraq, İpoteka və Kredit Zəmanət Fondu tərəfindən şəxsi yığımları yetərli olmayan vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə satmaq öhdəliyi ilə kirayə mexanizminin icrası uğurla davam etdirilir.
Adalet.az xəbər verir ki, bu mexanizm çərçivəsində 2020-2026-cı illər ərzində Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda 17 müxtəlif ünvanda yerləşən yaşayış komplekslərində tam təmirli mənzillər vətəndaşlara təqdim edilib və indiyədək 10 mindən artıq kirayə müqaviləsi rəsmiləşdirilib.
Son dövrlər satmaq öhdəliyi ilə kirayə mənzil mexanizmindən faydalanmaq istəyən vətəndaşların sayında nəzərəçarpacaq artım müşahidə olunur. Belə ki, “Elektron ipoteka və kredit zəmanət” sistemi (elektron sistem) üzərindən hər gün 100-dən artıq müraciət qeydə alınır. Nəticədə, elektron sistemdə qeydiyyata alınmış və görüş vaxtı təyin edilmiş müraciətlərin sayı mənzil fondunda seçim üçün mövcud olan (yenilənən kirayə mənzil fondu) yaşayış sahələrinin sayını dəfələrlə üstələyir.
Satmaq öhdəliyi ilə kirayə mənzil mexanizmi üzrə artan müraciətlərin daha operativ qəbulu, daha şəffaf emalı və qiymətləndirilməsi, ərizəçilərə təyin olunan günlərdə seçim imkanının yaradılması, eləcə də elektron sistemin funksionallığının artırılması məqsədilə
06 oktyabr 2026-cı il tarixindən kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır. Müraciətlərin qəbulunun bərpa edilməsi tarixi barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.
Müraciətlərin müvəqqəti dayandırılması həmin tarixədək elektron sistemdə qeydiyyata alınmış müraciətlərə, onların növbəliliyinə və bu müraciətlər üzrə həyata keçirilən prosedurlara təsir etməyəcək. Qeyd edək ki, satmaq öhdəliyi ilə kirayə mənzil mexanizmindən faydalanmaq üçün indiyədək müraciət etmiş 12 mindən artıq vətəndaşın şəxsi kabinetinə görüş günü barədə bildirişlər göndərilib və həmin şəxslər bildirişdə göstərilən tarixdə 2 saylı ASAN Kommunal və ya Sumqayıt ASAN Xidmət mərkəzlərinə yaxınlaşıb müraciətlərini rəsmiləşdirə biləcəklər.
Digər Xəbərlər
05 Oktyabr 2026 18:51
Prezident bu yarışın açılışında - YENİLƏNİB
05 Oktyabr 2026 16:54
Sabah leysan olacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
05 Oktyabr 2026 16:35
Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi qaydası dəyişdirilib
05 Oktyabr 2026 13:05
Sabah yağış yağacaq
05 Oktyabr 2026 12:28
Ağdamda yaşayanların sayı açıqlandı
05 Oktyabr 2026 12:24
Bu şəxslər 2 min manatadək cərimələnə bilər - Diqqətli olun
05 Oktyabr 2026 11:45
"Ağdam yenidən Azərbaycanın aqrar mərkəzlərindən birinə çevrilir" - Emin Hüseynov
05 Oktyabr 2026 11:44


Bakı -°C

