Sabah yağış yağacaq
Oktyabrın 6-da gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Adalet.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında fasilələrlə yağış yağacağı gözlənilir.
Gecə və səhər bəzi yerlərdə yağıntının qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 13-17° isti, gündüz 19-22° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunu, nisbi rütubət isə 70-80% təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi şərq rayonlarında, axşam isə bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 8-13° isti, gündüz 19-24° isti, dağlarda gecə 2-7° isti, gündüz 13-18° isti olacaq.
Digər Xəbərlər
17 Noyabr 2026 00:12
Azərbaycanda Milli Dirçəliş Günüdür
16 Noyabr 2026 22:01
Azərbaycanda terminallarla ödəniş qaydası dəyişdi
16 Noyabr 2026 16:33
Dövlət xəstəxanalarında növbə, özəllərdə isə boşluq var – Fazil Mustafa
16 Noyabr 2026 15:15
Neçə Milli Qəhrəmanımız sağdır? – SİYAHI
16 Noyabr 2026 13:58
Nəsimi Musayevdən xəbər var
16 Noyabr 2026 13:46
"Bir pəncərə" informasiya sistemi haqqında Əsasnamə" təsdiq edildi
16 Noyabr 2026 13:19
“Dövlət qulluğu sertifikatı"nın qüvvədəolma müddəti 2 ilə endirildi
16 Noyabr 2026 13:18


Bakı -°C

