Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi qaydası dəyişdirilib
"Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydası"nda dəyişiklik edilib.
Bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.
Sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc olunub.
Dəyişikliyə əsasən, valideyn himayəsindən məhrum olmuş uşağa uyğun valideyn-namizədin uşaqla tanışlıq və ailə bağlarının qurulması məqsədilə uşağın yerləşdirildiyi müəssisədə 1 (bir) ay müddətində azı 20 (iyirmi) saat olmaqla görüşü təşkil ediləcək.
Bu Qaydanın yuxarıda nəzərdə tutulmuş müddəti valideyn himayəsindən məhrum olmuş 0-3 yaşınadək uşaqlara münasibətdə sosial işçinin hesabatı əsasında Nazirlik 10 (on) gün müddətində 6 (altı) saatadək qısalda bilər.
"Sosial işçi bu Qaydanın 7.4-cü bəndində nəzərdə tutulmuş müddətdə 10 (on) saatdan az olmayaraq, bu Qaydanın 7.5-ci bəndində nəzərdə tutulmuş halda isə bütün müddət ərzində" valideyn-namizədi müşahidə edir və həmin müddət başa çatdıqda 3 (üç) iş günündən gec olmayaraq müəssisədə valideyn-namizədlə uşağın görüşünün nəticələrinə dair rəy hazırlayıb altsistemə daxil edir.
Digər Xəbərlər
25 Noyabr 2026 17:47
"Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyənləşib
25 Noyabr 2026 17:35
Vitse-spiker boşanmalardan danışdı
25 Noyabr 2026 15:47
Komitənin Aparat rəhbəri vətəndaşların qəbulunu keçirib
25 Noyabr 2026 14:33
Sükan arxasında yuxulayan sürücü potensial təhlükədir
25 Noyabr 2026 14:21
Bu gün gedişhaqqı 1 qəpik olacaq - Bu saatlarda
25 Noyabr 2026 13:03
“ASAN xidmət”in Pakistanda tətbiqi genişləndirilir
25 Noyabr 2026 11:21
Vasif Talıbovun imzaladığı 47 fərman ləğv edildi
25 Noyabr 2026 11:14


Bakı -°C

