Bakı–Tbilisi qatarlarında restoran, multimedia və duş kabinələri olacaq
Bakı–Tbilisi–Bakı marşrutu üzrə fəaliyyətə başlayacaq yeni qatarlarda sərnişinlərə “Lüks”, “Komfort Plus” və “Komfort” olmaqla üç sinif üzrə xidmət göstəriləcək.
Adalet.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, ilkin reyslər altı vaqondan ibarət olacaq: "Bunlardan biri vaqon-restoran, üçü “Komfort”, digərləri isə “Lüks” və “Komfort Plus” vaqonlarıdır. Qatarların ümumi sərnişin tutumu 118 nəfər təşkil edəcək"-deyə o qeyd edib.
Bəxtiyar Hacıyev vurğulayıb ki, qidalanma bilet qiymətinə daxil deyil: "Lakin hər bir sərnişin özü ilə qida gətirib öz kupesində yeyə bilər. Əlavə olaraq, sərnişinlər qatar daxilindəki restoran-vaqonda da əlavə ödənişlə qida sifariş edib yeyə bilərlər. Bilet qiymətlərinə sərnişinlər üçün siniflər üzrə xüsusi səfər paketləri daxildir. Paketlərə gigiyenik vasitələr, quru və nəm salfetlər, şampun, duş geli və digər zəruri ləvazimatlar daxildir. Bundan əlavə, qatarlarda televizorlar, multimedia xidmətləri, sanitar qovşaqlar quraşdırılıb “Lüks” kupelərdə isə hər kupenin ayrıca sanitar qovşağı və duş kabinəsi mövcuddur. Həmçinin qatarlar Wi-Fi sistemi ilə də təchiz olunub və sərnişinlər səfər zamanı internetdən istifadə edə biləcəklər." -deyə o qeyd edib.
ADY rəsmisi onu da qeyd edib ki, ilk qatar mayın 25-də saat 23:10-da Bakıdan yola düşərək növbəti gün saat 08:41-də Tbilisiyə çatacaq. Əks istiqamətdə isə qatar hər gün saat 21:00-da Tbilisidən çıxaraq saat 06:24-də Bakıya gələcək.
Digər Xəbərlər
21 May 2026 13:47
Köç karvanı Şükürbəyliyə çatdı, açarlar verildi - YENİLƏNİB
21 May 2026 13:19
Pensiya ödənişləri SABAH YEKUNLAŞIR
21 May 2026 12:34
Naxçıvana gedənlərin nəzərinə - Uçuşlar təxirə salındı
21 May 2026 12:28
“Getdikcə daha çox ailəyə qadın başçılıq edir”
21 May 2026 12:15
Bakı–Tbilisi qatarlarında bu şəxslər üçün xüsusi şərait yaradıldı
21 May 2026 11:37
ETX əməkdaşı MİSP-də boşluq aşkarladı
21 May 2026 10:46
“AzerGold” QSC-nin İdarə Heyətinin sədri ilə Esvatini Kralı arasında görüş keçirilib
21 May 2026 10:38


Bakı -°C

