Bakı Xoreoqrafiya Akademiyasının tələbələri beynəlxalq uğura imza atıblar
20-22 aprel tarixlərində Bakı Xoreoqrafiya Akademiyasının (BXA) tədris işləri üzrə prorektoru, rektor vəzifəsini icra edən, Əməkdar artist Nailə Məmməd-zadə və akademiyanın şagird-tələbə heyəti Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilən Gənc xoreoqrafların beynəlxalq festival-müsabiqəsində uğurla iştirak edib.
Səfər Qazaxıstan Milli Xoreoqrafiya Akademiyasının rəsmi dəvəti əsasında reallaşıb.
Beynəlxalq festival-müsabiqə müxtəlif ölkələrdən olan gənc xoreoqrafları və ifaçıları bir araya gətirərək onların yaradıcılıq potensialının üzə çıxarılması, peşəkar bacarıqlarının inkişaf etdirilməsi, eləcə də mədəniyyətlərarası dialoqun gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Tədbir çərçivəsində iştirakçılar həm səhnə çıxışları ilə öz istedadlarını nümayiş etdirib, həm də ustad dərsləri, seminarlar və yaradıcılıq görüşlərində iştirak edərək beynəlxalq təcrübə qazanıblar.
Festivalda BXA tələbələri yüksək peşəkarlıq, səhnə mədəniyyəti və texniki hazırlıq nümayiş etdiriblər.
BXA tələbələrinin Azərbaycan klassik balet irsinin incilərindən biri olan “Qız qalası” baletindən təqdim etdikləri rəqs parçası xüsusilə diqqət çəkib. Sözügedən rəqs nömrəsi akademiyanın istedadlı tələbəsi Nəzrin Adiyeva tərəfindən yeni quruluşda hazırlanaraq təqdim olunub və bu yanaşma tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.
Müsabiqənin nəticələrinə əsasən, Nəzrin Adiyeva uğurlu çıxışı ilə seçilərək münsiflər tərəfindən xüsusi mükafata layiq görülüb.
Eyni zamanda, festivalın təşkilatçıları tərəfindən Bakı Xoreoqrafiya Akademiyasının rəhbərliyinə təşəkkür məktubu ünvanlanıb.
Məktubda akademiyanın beynəlxalq mədəni əlaqələrin inkişafına verdiyi töhfə, yüksək səviyyəli hazırlıq və təqdim olunan çıxışların peşəkarlığı xüsusi vurğulanıb.
Digər Xəbərlər
28 May 2026 16:54
“Dolu” filmi və rejissor Elxan Cəfərov
28 May 2026 14:15
Moldovalı səfirin oğlu Şuşada “Şən Azərbaycan” oxudu - VİDEO
28 May 2026 09:10
79 illik ömrün musiqi xəritəsi: Dünyanı fəth edən azərbaycanlı - Aysel KƏRİM yazır
25 May 2026 19:37
Babək Niftəliyevə VƏZİFƏ VERİLDİ
22 May 2026 09:26
Saida Haqverdiyeva Türkiyədə beynəlxalq mükafatına layiq görülüb
22 May 2026 09:07
Prezidentin qızı və gəlini perulu rəssamın sərgisində - FOTOLAR
21 May 2026 11:18
Günay Əfəndiyeva: “Şəhər - tarix qarşısında məsuliyyət, gələcək qarşısında öhdəlikdir”
20 May 2026 11:08


Bakı -°C

