adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
13 Yanvar 2021 17:37
18331
MƏMLƏKƏT

Bakıda 2 marşrut xəttinin hərəkət qrafiki dəyişdirilir

Bakıda 2 marşrut xəttinin hərəkət qrafiki müvəqqəti dəyişdiriləcək.

Bu barədə Adalet.az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Məlumatda qeyd edilir ki, yanvarın 14-də paytaxtın Mirmahmud Kazımovski küçəsinin Əlillərin Bərpa Mərkəzinin qarşısından Mirzə Məmmədxan küçəsinə kimi olan hissəsində aparılacaq təmir işləri ilə əlaqədar, həmin küçədən hərəkət edən 52 və 193 nömrəli müntəzəm marşrutların hərəkət sxemləri müvəqqəti olaraq dəyişdiriləcək.