adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
31 Mart 2023 11:29
597
KRİMİNAL

Bakıda 31 evdən oğurluq oldu

Bakıda evlərdən oğurluq edən şəxslər tutulub.

DİN-dən Adalet.az-a verilən məlumata görə, Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumatlar əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində müxtəlif vaxtlarda rayon ərazisində 31 evdən ümumi dəyəri 36.000 manatdan çox olan təmir-tikinti alətləri, inşaat materialları, naqil və məişət əşyaları oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuşlar - Gəncə şəhər sakini Nizami Əliyev və Bakı şəhər sakini Mahir Talıbov saxlanılıblar.

Araşdırma aparılır.