Bakıda 42 məktəbə direktor təyin edildi
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 42 ümumi təhsil müəssisəsinə yeni direktor təyin olunub.
Bu barədə Adalet.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
Yeni təyinatlar paytaxtdakı 198, 97, 131, 308, 94, 254, 133, 81, 71, 139, 335, 334, 230, 205, 162, 155, 87, 38, 106, 298, 58, 63, 142, 337, 215, 296, 327, 258, 185, 305, 108, 165, 315, 203, 256, 323, 73 nömrəli tam orta ümumtəhsil məktəbləri, 2 nömrəli texniki-humanitar lisey, 1 nömrəli idman liseyi, 115 nömrəli xüsusi əyani-qiyabi tam orta ümumtəhsil məktəbi, 6 nömrəli respublika inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbi və E.Quliyev adına 9 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbi üzrə müsabiqəyə çıxarılmış vakant vəzifələri əhatə edib. Yeni təyin olunmuş məktəb rəhbərləri işə qəbul üzrə müsabiqədən uğurla keçmiş şəxslərdir.
Qeyd edək ki, müsabiqədə pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsili, 5 ildən az olmayaraq (təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və elmi adı olduqda 3 il) pedaqoji stajı olan və hazırda ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan şəxslər iştirak ediblər.
Digər Xəbərlər
13 Mart 2026 12:40
"Bu, 50 minə yaxın müəllimin ixtisarı riskini yaradır" - Vitse-spiker
13 Mart 2026 09:25
Onlar direktor müavini təyin edildilər
12 Mart 2026 14:49
Magistratura imtahanının nəticəsi açıqlandı
12 Mart 2026 10:29
Buraxılış imtahanında 62 mindən çox şagird iştirak edəcək
11 Mart 2026 12:12
Riyaziyyat fənnindən sualllar çətin olub...
11 Mart 2026 11:53
Dövlət qulluqçusu olmaq istəyən 1600-dən çox namizəd imtahan verəcək
10 Mart 2026 20:22
Nazir işğaldan azad olunmuş ərazilərdə çalışan müəllimlərlə görüşüb - FOTOLAR
10 Mart 2026 15:42


Bakı -°C

