Bakıda ağacları kəsdilər - Təbiətə 25 min manat ziyan vuruldu
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı şəhəri ərazisində yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olunub.
Adalet.az xəbər verir ki, araşdırma zamanı Nəsimi rayonu Hüseyn Seyidzadə küçəsi 1A, Yasamal rayonu Abbas Mirzə Şərifzadə küçəsi 283A ünvanlarında, Xəzər rayonu Mərdəkan qəsəbəsi Müşfiq Şahbazov küçəsində, Nəsimi rayonu Abay döngəsi 360-cı məhəllədə ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 25680 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.
Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib.
Digər Xəbərlər
28 Fevral 2026 00:07
Prezidentin gəlininin alpaka fermasından maraqlı - FOTOLARI
27 Fevral 2026 17:24
“Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
27 Fevral 2026 16:00
Yağıntılı və küləkli hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA
27 Fevral 2026 13:13


Bakı -°C

