Bakıda avtovağzalın yaxınlığında avtobus yandı - Açıqlama - Video
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yaxınlığında avtobusda yanğın baş verməsi barədə məlumat daxil olub.
Adalet.az xəbər verir ki, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Yanğınsöndürənlərin tərəfindən avtobusda baş vermiş yanğın genişlənərək ətrafa yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində avtobusun yanar konstruksiyaları yanıb.
Xəsarət alan olmayıb.
Bilavasitə yaxınlıqdakı ağaclıq sahə yanğından mühafizə olunub.
***
Daşıyıcı şirkətdən bildirilib ki, ilkin ehtimala görə, hadisə elektrik sistemində yaranmış yüklənmə səbəbindən baş verib: “Yay rejimi ilə əlaqədar iritutumlu nəqliyyat vasitəsinin elektrik sistemində yüklənmənin olduğu ehtimal edilir. Yanğına da bunun səbəb olması güman edilir. Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır. Yanğının səbəbi təyin edilmiş ekspertizanın rəyi açıqlandıqdan sonra tam məlum olacaq”.
Digər Xəbərlər
22 Iyul 2026 17:35
Motosiklet sürən qızdan gözünü çəkə bilmədi - Qəza törətdi - VİDEO
22 Iyul 2026 15:57
Rüfət Əhmədzadə vəfat etdi
22 Iyul 2026 07:40
Nabranda 18 yaşlı qız dənizdə batdı - Axtarılır
21 Iyul 2026 15:02
Kəlbəcərdə sursat partladı - Çoban xəsarət aldı
21 Iyul 2026 14:23
Sumqayıtda 7 gün əvvəl itkin düşən gəncin meyiti dənizdə aşkarlandı
21 Iyul 2026 12:05
"Şişi bədənimə saldığını hiss edirdim" - Qanunsuz estetik əməliyyat edilən qadın danışdı
21 Iyul 2026 10:44
Kanadada yaşayan azərbaycanlı gənc faciəvi şəkildə vəfat etdi
20 Iyul 2026 22:00


Bakı -°C

