Bakıda bu yollar bağlanacaq - Sürücülərin nəzərinə!
Bakı Şəhər DYP İdarəsi “Bakı Marafonu-2026” ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib.
Adalet.az xəbər verir ki, “Bakı Marafonu 2026” ilə bağlı mayın 3-ü səhər saat 09:00-dan mərasim qurtaranadək yürüşlə əlaqədar bəzi küçə və prospektlərdə iştirakçıların təhlükəsizliyinin təmin olunması məqsədilə yollarda hərəkət tam məhdudlaşdırılacaq.
Ümumilikdə 42 km-lik məsafəni əhatə edəcək marafon Bayraq Meydanından başlayaraq Dənizkənarı Bulvarın inzibati ərazisi ilə Dəniz Vağzalı, Neftçilər prospekti, Bakı Ağ şəhər Bulvarı, 8 Noyabr prospekti, Yusif Səfərov küçəsi, Sevgi Parkı, Heydər Əliyev prospekti, Baku Arena, Böyük İpək Yolu küçəsi, Müzəffər Nərimanov küçəsi, Ziya Bünyadov prospekti, Böyükşor küçəsi, Böyükşor körpüsü, Balaxanı dairəsi, Böyükşor-Pirşağı yolu, Bakı Dairəvi Yolundan (Bilgəh-Pirşağı şosesi) keçməklə “Sea Breeze”də finiş nəzərdə tutulub.
“Sürücülərdən və digər yol hərəkəti iştirakçılarından göstərilən tarixdə hərəkətlərini əvvəlcədən planlaşdırmaları, qeyd olunan istiqamətlər üzrə mümkün sıxlığı nəzərə almaları və alternativ yollardan istifadə etmələri xahiş olunur”, - məlumatda vurğulanıb.
Digər Xəbərlər
08 May 2026 11:44
Gədəbəyə dolu düşdü - FAKTİKİ HAVA
08 May 2026 11:23
Ağsu dolaylarında təhlükə: Torpaq sürüşdü, yol dağıldı
08 May 2026 11:17
"Fahişəliklə məşğul olmaq qadağan olunmur, fahişəliyə cəlbetmə qadağan olunur" - Ekspert
08 May 2026 08:55


Bakı -°C

