Bakıda əməliyyat - Saxlanılanlar var - VİDEO
Nəsimi Rayon Polis İdarəsi 20-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsinə qarşı keçirilən növbəti əməliyyatlar zamanı əvvəllər məhkum olunmuşlar - Məhəmməd Eminov və İsmayıl Vəliyev saxlanılıblar.
Adalet.az xəbər verir ki, onların üzərindən ümumilikdə 7 kiloqramdan artıq narkotik vasitə olan tiryək, həşiş, marixuana, metamfetamin, habelə 35 ədəd psixotrop tərkibli metadon və pregabalin həbi aşkar olunaraq götürülüb.
Saxlanılanlar ifadələrində narkotik vasitələri şəxsiyyətləri istintaqla araşdırılan İran vətəndaşlarından satış məqsədilə əldə etdiklərini bildiriblər.
Faktlarla bağlı cinayət işləri başlanılıb. M.Eminov və İ.Vəliyevin daxil olduqları narkoşəbəkənin digər üzvlərinin də kimliyinin müəyyənləşdirilərək istintaqa cəlb olunmaları istiqamətində tədbirlər davam etdirilir.
Digər Xəbərlər
06 Dekabr 2025 20:20
Məhkəmə Tulin Ələkbərova ilə bağlı həbs qərarı verdi
06 Dekabr 2025 12:36
Külli miqdarda dərmanın ölkəyə gətirilməsinin qarşısı alındı
05 Dekabr 2025 16:11
DİN və AQTA birgə tədbir keçirdi - 1 tondan artıq yararsız at əti aşkar olundu - VİDEO
05 Dekabr 2025 10:04
Tulin Ələkbərova tələbəsi ilə birlikdə saxlanıldı
04 Dekabr 2025 20:07
Güzəştli mənzillərin seçiminə edilmiş kiberhücum cəhdinin qarşısı uğurla alındı - BİRGƏ MƏLUMAT
04 Dekabr 2025 18:36
"Elə bil toyda oynayırdılar" - Ərəblərin məhkəməsində şahidlər danışdı
04 Dekabr 2025 13:43
Yasamalda avtomobil qaçıran şəxslər saxlanıldılar
04 Dekabr 2025 11:42


Bakı -°C

