05 Sentyabr 2025 09:38
111
HADİSƏ

Bakıda evlərə girən qadın kimdir? -VİDEO

Bakının Nərimanov rayonu, Azadlıq prospektində yerləşən binaların birində naməlum qadın bloklara daxil olaraq evlərə girməyə çalışıb.

Adalet.az Xəzər TV-yə istinadən xəbər verir ki, qapılardan birinin açıq olduğunu görən qadın mənzilə daxil olub.

Həmin görüntüləri isə sosial şəbəkədə sakinlər paylaşıblar.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov bildirib ki, paytaxtın Nərimanov rayonunda yerləşən binalardan birinin mənzillərinə daxil olmağa çalışan naməlum qadınla bağlı yayılan görüntülər polis əməkdaşları tərəfindən araşdırılır.

Həmin şəxsin saxlanılması istiqamətində müvafiq tədbirlər görülür.