Qazaxın 122 ha ərazisi minalardan təmizlənib
Qazax rayonunun işğaldan azad edilmiş ərazilərində bu ilin yanvar-avqust aylarında 122 ha ərazi minalardan təmizlənib.
Adalet.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.
Bildirilib ki, sözügedən dövrdə 309 ədəd mina və partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib.
Qeyd edək ki, Qazax rayonunun işğaldan azad edilmiş ərazilərində 2024-cü ilin aprel ayından etibarən minatəmizləmə fəaliyyəti icra edilir.
İcra edilən əməliyyatlar zamanı 180,8 ha ərazi təmizlənib, 1,038 ədəd piyada əleyhinə mina, 98 ədəd tank əleyhinə mina və 48 ədəd partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib.
"Qeyd edilmiş ərazilərdə həm relief çətinliyi, həm də minalarla yüksək səviyyədə çirklənmə mövcuddur. Təmizləmə əməliyyaları zamanı daha çox piyada əleyhinə minalara rast gəlinir. Partlayış nəticəsində əsasən aşağı ətrafların amputasiyası və partlayış dalğasının təsirindən bədənin müxtəlif hissələrinə xəsarətlər yetirir", - məlumatdan qeyd olunub.
Digər Xəbərlər
13 Iyul 2026 14:36
Azad edilmiş ərazilərdə daha 114 mina aşkarlandı
13 Iyul 2026 12:50
İsmayıllıda 5 yaşlı uşaq hovuzda üzərkən öldü
13 Iyul 2026 12:42
Sürücünün yıxılmasına səbəb oldular, kömək belə etmədilər - VİDEO
13 Iyul 2026 10:58
Ağdam sakini müharibədə itkin düşdü
13 Iyul 2026 09:45
Bakı-Quba yolunda yanacaq maşını aşdı, yanğın baş verdi - VİDEO
12 Iyul 2026 19:01
Gəncədə yasda kütləvi zəhərlənmə - 10-a yaxın şəxs xəstəxanaya yerləşdirildi
12 Iyul 2026 09:06
Tovuz döyüşlərindən 6 il keçir
11 Iyul 2026 19:00


Bakı -°C

