adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
26 Aprel 2024 15:57
1107
HADİSƏ

Bakıda FACİƏ: 4 aylıq körpə anasının qucağından düşüb öldü - YENİLƏNİB

Aprelin 26-da saat 8 radələrində paytaxtın Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən mənzilin eyvanından 4 aylıq körpə qız uşağının(09.12.2023-cü il təvəllüdlü) anasının qucağından yıxılıb yerə düşərək ölməsi faktı ilə bağlı Sabunçu rayon prokurorluğunda araşdırma aparılır.

Bu barədə Adalet.az-a Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, körpənin mənzilin eyvanından düşərək ölməsi faktı ilə bağlı prokurorluq araşdırma aparır.

 

***13:54

Bakının Sabunçu rayonunda bədbəxt hadisə baş verib.

Adalet.az apa-ya istinadən xəbər verir ki, hadisə “Ramana sovxozu” adlanan ərazidə qeydə alınıb.

9 mərtəbəli binanın 4-cü mərtəbəsinin pəncərəsindən 4 aylıq körpə Eyvazlı Ayla Tural qızı yerə düşərək ölüb.

Fakt araşdırılır.