Bakıda həbsdə olan separatçılar ailələri ilə əlaqə saxlayıblar
"Biz mütəmadi olaraq başçəkmələr həyata keçiririk. Başçəkmələr zamanı Azərbaycana qarşı müharibə cinayətləri törətməkdə ittiham olunan şəxslərlə də görüşlər keçirilib. Onların bütün hüquqları təmin olunub".
Adalet.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva deyib.
"Hər bir saxlanılan şəxsə həssaslıqla yanaşırıq. Onlara da ailələri ilə əlaqə saxlamaq imkanı yaradılıb, dövlət tərəfindən tərcüməçi ilə təmin olunublar" - Ombudsman qeyd edib.
Xatırladaq ki, Azərbaycanın hüquq-mühafizə orqanları Qarabağda qondarma qurumun “prezidentləri” olmuş Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan, sabiq "xarici işlər naziri" David Babayan, eləcə də “parlament sədri” David İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan və keçmiş “dövlət naziri” Ruben Vardanyanı həbs edərək Bakıya gətirib.
Digər Xəbərlər
28 Iyun 2026 12:43
Yağış, dolu, duman, 32° isti - Sabahın havası
28 Iyun 2026 06:48
Türkiyə və Azərbaycan arasında iqtisadi əməkdaşlığın inkişafı TAİB-in gündəmində
27 Iyun 2026 17:00
Xüsusi təyinatlıların birgə təlimi başa çatdı - VİDEO
27 Iyun 2026 16:43


Bakı -°C

