Bakıda hündürmərtəbəli binada YANĞLN: 60 nəfər TƏXLİYƏ OLUNDU -FOTO - VİDEO

Xəbər verildiyi kimi, Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsində yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub və
Adalet.az nazirliyə istinadla xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri çağırış üzrə cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində binanın şaxtasında baş vermiş yanğın mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində onsəkkizmərtəbəli yaşayış binasının şaxtası boyunca 57p.m elektrik kabeli, 18 ədəd elektrik sayğacı, 18 ədəd elektrik açarı və mərtəbələrdə şaxtaların plastikdən ibarət qapıları yanıb.
Yanğın zamanı FHN-in qüvvələri tərəfindən təhlükəsizlik tədbirləri çərçivəsində 24-ü uşaq olmaqla 60 nəfər bina sakini təxliyə olunub.
Mənzillər yanğından mühafizə olunub.
Digər Xəbərlər

Şuşada külli miqdarda silah-sursat aşkarlandı - BİRGƏ MƏLUMAT - VİDEO

Kişinin "tok" vurması nəticəsində ölməsi ilə bağlı araşdırma aparılır

Sabah Bakıda yağış yağacaq

Partlayış səsləri eşidiləcək - Xəbərdarlıq

Xankəndidə erməni təxribata belə HAZIRLAŞIB - VİDEO

Sumqayıtda xəstəxana həyətindən 8 aylıq insan dölü TAPILDI

Xankəndində erməni əsilli sakin terrora cəhd edib: POLİSƏ QUMBARA ATDI
