Emin Əmrullayev: Bu il 125 mindən çox azərbaycanlı birinci sinfə qədəm qoyur
Bu il 125 mindən çox azərbaycanlı birinci sinfə qədəm qoyur.
Adalet.az-ın məlumatına görə, bunu elm və təhsil naziri Emin Əmrullayev Bilik Günü münasibətilə Bakı şəhəri Yasamal rayonu 21 nömrəli tam orta məktəbdə çıxışında deyib.
"Bu da o deməkdir ki, 125 min şəxs həyatında yeni bir mərhələyə keçir. Bizim hər birimiz üçün məktəb həyatı, orada öyrəndiklərimizin əhəmiyyəti hər kəsə məlumdur", - o əlavə edib.
Nazir məktəb həyatında uşaqların qarşısında duran vəzifələrdən də danışıb.
"Yaxşı şagird olmaqla bərabər yaxşı insan olmaq üçün də çalışmaq bu vəzifələrdən biridir".
E.Əmrullayev yeni tədris ilində müəllimlərə də uğurlar arzulayıb.
"Fürsət ikən mən valideynləri də yeni tədris ili münasibətilə təbrik edirəm. Düşünürəm ki, yeni tədris ilinin başlaması onlar üçün də bir məsuliyyətdir və onlar müəllimlərin yanında olsalar, birlikdə çalışsalar, daha böyük uğurlar əldə ediləcək".
Digər Xəbərlər
15 Sentyabr 2026 08:59
124 min uşaq üçün ilk zəng çalınır
15 Sentyabr 2026 08:55
Firudin Qurbanov: Hazırda şagirdləri, tələbələri bir sıra çağırışlar gözləyir
15 Sentyabr 2026 08:12
Nazirdən Bilik Günü münasibətilə TƏBRİK
14 Sentyabr 2026 17:51
AzTU-nun bu layihəsi beynəlxalq elm müsabiqəsinin qalibi oldu
14 Sentyabr 2026 16:45
Bəzi ixtisaslarda bakalavriat təhsili 3 il ola bilər - Nazir
14 Sentyabr 2026 15:35
Bu siniflərdə Azərbaycan dilinin dərs yükü 42 saata çatdırılacaq
14 Sentyabr 2026 15:28
2026/2027-ci tədris ilində 2,2 milyon təhsil alan olacaq
14 Sentyabr 2026 12:17


Bakı -°C

