Bakıda polis 40 kq narkotik vasitə aşkarladı - Əməliyyat görüntüləri
Xətai Rayon Polis İdarəsinin (RPİ) Narkotiklərlə Mübarizə Bölməsi (NMB) əməkdaşlarının həyata keçirdikləri tədbir zamanı Abşeron rayon sakini 29 yaşlı Emin Seyfullayev və tanışı 28 yaşlı Yadigar Məhərrəmov saxlanlılıblar.
Adalet.az xəbər verir ki, E.Seyfullayevin idarə etdiyi “Ravon” markalı avtomobilə baxış zamanı hər iki şəxsə məxsus 29 kq 290 qr marixuana götürülüb.
İdarə əməkdaşları tərəfindən həyata keçirilən digər əməliyyat zamanı paytaxt sakini 46 yaşlı Vüsal Mehrəliyev də narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılıb. Ondan isə 1 kq 780 qr heroin və 9 kq 420 qr marixuana aşkarlanıb.
Saxlanılan şəxslər narkotik vasitələri satış məqsədi ilə əldə etdiklərini bildiriblər.
Faktlarla bağlı araşdırma aparılır.
Digər Xəbərlər
10 Yanvar 2026 17:32
Qaradağda oğurluq edən 3 nəfər saxlanıldı
10 Yanvar 2026 11:21
Polis bağlı qalan cinayətlərin üstünü açdı
09 Yanvar 2026 21:05
Nəsimi Nəbizadənin qardaşı həbs olundu -YENİLƏNİB
09 Yanvar 2026 15:04
DTX xarici ölkəyə işləyən silahlı şəxsi saxladı
09 Yanvar 2026 14:28
Bakıda əməliyyat - 20 kq narkotik vasitə aşkarlandı - VİDEO
09 Yanvar 2026 12:46
Azərbaycanda həbs edilən Tacikistan vətəndaşı ölkəsinə təhvil verildi
08 Yanvar 2026 12:13
Dələduzluq edən SMM saxlanıldı
08 Yanvar 2026 10:49


Bakı -°C

