30 Avqust 2024 12:04
301
KRİMİNAL

Bakıda qadının çantasından 1000 manatlıq qulaqlıq oğurlandı

Səbail RPİ-nin 41-ci Polis Bölməsinə rayon ərazisində yerləşən istirahət mərkəzlərinin birindən qadına məxsus çantadan 735 manat, 600 dollar (1020 manat) və 1000 manat dəyərində qulaqlığın oğurlanması barədə məlumat daxil olub. 

Adalet.az xəbər verir ki, keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən A.İsrafilov polis əməkdaşları tərəfindən saxlanılıb. 

Araşdırma aparılır.