Bakıda qadının evindən 10 kq narkotik aşkarlandı - VİDEO
Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən növbəti əməliyyat zamanı 1993-cü il təvəllüdlü Svetlana Teymurova saxlanılıb. Onun Binə qəsəbəsində yaşadığı evdən 10 kiloqram 475 qram narkotik vasitə olan marixuana aşkarlanıb.
Adalet.az xəbər verir ki, S.Teymurova ifadəsində narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə Suraxanı rayonu ərazisindən götürdüyünü, həm şəxsi istifadəsi, həm də satış məqsədilə ayrı-ayrı ünvanlara çatdıraraq maddi qazanc əldə etmək niyyətində olduğunu bildirib.
Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, araşdırma aparılır.
Digər Xəbərlər
07 Fevral 2026 16:25
Liseydə müəllimini güllələyən şagird həbs edildi
07 Fevral 2026 10:06
Maşını narkotik maddələrin təsiri altında idarə edən şəxs həbs edilib
06 Fevral 2026 17:06
“İdrak”dan güllələnmə ilə bağlı AÇIQLAMA
06 Fevral 2026 10:50
DİN-dən liseydəki silahlı insidentlə bağlı AÇIQLAMA
06 Fevral 2026 10:05
Dövriyədən çıxarılmış narkotik yandırıldı
05 Fevral 2026 17:20
Narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs olundu - VİDEO
05 Fevral 2026 13:47
Ağcabədidə 7 yaşlı uşağı bıçaqlayan şəxs saxlanıldı - YENİLƏNİB
04 Fevral 2026 14:53


Bakı -°C

