Beynəlxalq axtarışda olan daha 2 nəfər Azərbaycana gətirildi
“Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07 oktyabr 2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşları Musayev Əbdül Ruslam oğlu və Hüseynov Rüstəm Əhməd oğlunun ekstradisiyası haqqında Azərbaycan Respublikası Baş Prokurorluğunun vəsatəti Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən təmin edilib.
Adalet.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində ibtidai istintaq edilən cinayət işi üzrə Musayev Əbdül Ruslam oğlunun, Bakı şəhəri Pirallahı rayon prokurorluğunda aparılan ibtidai istintaq üzrə isə Hüseynov Rüstəm Əhməd oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrində göstərilən cinayət əməllərini törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən, onların barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarlar qəbul edilərək beynəlxalq axtarış elan olunub.
Hər iki şəxs Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib.
Digər Xəbərlər
17 Aprel 2026 17:19
Keçmiş arvadını qətlə yetirib evi və maşını partlatdı - Bakıda dəhşət
17 Aprel 2026 09:51
196 ölkədə axtarılan azərbaycanlı belə ələ keçirildi - VİDEO
16 Aprel 2026 11:07
Binəqədidə saxlanılan şəxslərdən 54 kq narkotik vasitə aşkarlandı - VİDEO
15 Aprel 2026 16:31


Bakı -°C

