“Çin İrana 400 milyard dollar civarında yatırım qoymalı idi, amma...”
“Gözlənildiyi kimi, Rusiya və Çin İrana hərbi dəstək vermək istəmirlər. Əlbəttə, Moskva və Pekin İrandakı rejimin çökməsini və Vaşinqtonun bu ölkəni nəzarətə götürməsini istəmirlər. Ancaq Moskva və Pekin ABŞ-ni durdurmaq fikrində də deyillər. ABŞ və İsrailin ötən il İrana qarşı 12 günlük müharibəsində də Rusiya və Çin passiv mövqedə qalmışdılar. Təsadüfi deyil ki, İran Prezidenti Məsud Pezeşkian 12 günlük müharibədən sonra Rusiya və Çinin adını çəkmədən “tərəfdaşlarımız bizə dəstək vermədilər” cümləsini işlətmişdi. Pezeşkian Moskva və Pekini nəzərdə tuturdu”.
Adalet.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Politoloq bildirib ki, İranın bu iki ölkədən başqa tərəfdaşı yoxdur:
“Halbuki, Rusiya Prezidenti Vladimir Putin daha əvvəl İranın köməyinə gəlməyəcəyinə dair Tehranı xəbərdar etmişdi. Çin İranla 2021-ci ildə saziş imzalamışdı. Bu sazişə görə, Çin 25 il ərzində İrana 400 milyard dollar civarında yatırım qoymalı idi. Ancaq suyu üfürə-üfürə içən Çin İrana yatırım qoymağa tələsmədi. Çünki, Pekin anlayırdı ki, İran uranın zənginləşdirməsi siyasətini davam etdirdikcə, bu ölkəyə qarşı müharibə ehtimalı azalmayacaq. Çin isə müharibə riski ilə üzləşən dövlətə yatırım qoymaz və buna görə də həmin 400 milyard dollarlıq saziş kağız üzərində qaldı”.
Onun sözlərinə görə, bu gün davam edən müharibə Çinin İrana yatırım qoymaq və Tehranla imzaladığı sazişi yerinə yetirmək ehtmalını xeyli azaldıb:
“ABŞ və İsrail İrana hücum etmədən əvvəl Tehran Rusiya və Çindən müəyyən miqdarda hərbi texnika alıb. Ancaq ABŞ və İsrailin İrana endirdiyi zərbələrin ünvanlarından biri də həmin hərbi texnikanın toplandığı mərkəzlərdir. İranın əvvəlki müharibədə olduğu kimi bu dəfə də Rusiyadan aldığı hava müdafiə sistemi işə yaramadı. ABŞ və İsrail təyyarələri İranın hava məkanında rahat hərəkət edirlər. Buna baxmayaraq, İran əlində olan raketlərlə İsrailə və ərəb ölkələrindəki ABŞ hərbi bazalarına zərbələr endirməyə müvəffəq olub. Körfəz ölkələrinin enerji mərkəzləri təhlükə altındadır. Bu isə artıq Çini narahat etməyə başlayıb. Çünki, Çin İranla yanaşı Körfəz ölkələrindən də neft alır. İran isə müharibəni qloballaşdırmağa çalışmaqla Çinin bölgənin enerji resurslarını idxal imkanlarını məhdudlaşdırır. Pekin İranın Hörmüz boğazını qapatması təşəbbüslərindən də narahatdır. Belə vəziyyətdə İran düşmənləri ilə müharibədə yalnız öz resurslarına istinad etməlidir. Məhdud hərbi resurslar isə İranın ABŞ və İsrailə qarşı müharibəni uzun müddət davam etdirməsinə kifayət etməyə də bilər”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
04 Mart 2026 13:32
Gənc istedadlara xüsusi təqaüdlər verildi - SƏRƏNCAM
04 Mart 2026 13:14
İlham Əliyev İran səfirliyində olub, başsağlığı verib - FOTOLAR
04 Mart 2026 11:07
“Onların İran cəmiyyətinə təsir imkanları və nüfuzları müqayisə edilsə də...”
04 Mart 2026 10:03
Kolumbiya Azərbaycana yeni səfir təyin edib
03 Mart 2026 18:21
Kəmaləddin Heydərov BMMT-nin sessiyasında iştirak etdi
03 Mart 2026 15:06
İlham Əliyevdən alternativ enerji mənbələri ilə bağlı açıqlama
03 Mart 2026 15:05
"Azərbaycanın qaz təchizatı İttifaqın enerji təhlükəsizliyinin mühüm sütunu olaraq qalacaq"
03 Mart 2026 15:04


Bakı -°C

