Bakıda qeydə alınan qəzaların sayı açıqlanıb - VİDEO
Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin paytaxt yollarında quraşdırılmış videomüşahidə kameralarının görünüş dairəsində ötən il ərzində 2012 yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Adalet.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumat yayıb.
Müvafiq tədbirlər görülməsi üçün dərhal Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarına məlumat verilib.
Qeydə alınan qəzaların baş verməsinə səbəb olan amillər eyni olaraq qalır. Belə ki, bəzi sürücülərin yüksək sürətlə nəqliyyat vasitəsini idarə etməsi, ara məsafəsinə düzgün əməl etməməsi və yol nişanlarının tələblərini pozması nəticəsində hadisələr qaçılmaz olur və yollarda bu səbəbdən sıxlıq yaranır.
Ötən il ərzində 2244 texniki nasaz nəqliyyat vasitəsinin yollarda qalması digər nəqliyyat vasitələrinin sərbəst və fasiləsiz hərəkətinə mane olub.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən sıxlıqların vaxtında qarşısının alınması və yollarda nəqliyyat axınının intensivliyini təmin etmək məqsədilə 56 küçə və prospekt üzrə 75.933 dəfə yaşıl dalğa rejimi tətbiq edilib.
Yol hərəkəti iştirakçılarının rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə bu istiqamətdə işlər davam etdirilir.
Digər Xəbərlər
06 Dekabr 2025 21:20
"Qobu Park 1"də zəhərlənənlərdən birinin vəziyyəti ağırdır
06 Dekabr 2025 18:11
Cəlilabadda baş verən yanğını polis əməkdaşları söndürdü - FOTO
05 Dekabr 2025 17:36
Binəqədidə obyektdə partlayış oldu - VİDEO
05 Dekabr 2025 16:25
Azərbaycanda məktəbdə kütləvi zəhərlənmə - 12 nəfər...
05 Dekabr 2025 15:34
Milli Qəhrəmanın atası vəfat etdi
05 Dekabr 2025 11:35
Dəhşətli yanğında həlak olan ana və övladlarının FOTOLARI
05 Dekabr 2025 10:49
Bakıda 21 yaşlı qadın doğuş zamanı öldü
05 Dekabr 2025 09:46


Bakı -°C

