Bakıda söküntülər BAŞLADI: Kompensasiya sakinləri qane etmir -VİDEO

Bakının bəzi ərazilərində köhnə tikililərin sökülməsinə başlanılıb.
Adalet.az İTV-yə istinadən xəbər verir ki, paytaxtın 20-ci sahə adlanan ərazisi, Çernyaxovski küçəsində artıb sakinlərin bir qismi köçürülür.
Lakin verilən kompensasiya ilə razılaşmayanlar da var.
Məsələ ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bildirilib ki, mövcud evlərin sökülməsi və ərazinin abadlaşdırılması planlaşdırılır. Artıq həmin ünvanlarda yerləşən 34 mənzil üzrə kompensasiya ödənilib.
Sakinlərin köçürülməsi təmin edilib.
Digər ərazilərdə yaşayan vətəndaşlarla da notarial qaydada razılaşma müqavilələrinin bağlanması və ödənişlərin həyata keçirilməsi nəzərdə tutulur.
Digər Xəbərlər

Belarusun Baş naziri və Əli Əsədov Füzulidə

Baş prokuror Qobustanda vətəndaşları qəbul edəcək - FOTO

“Şəhidlər ölməz, vətən bölünməz” - Hərbçilərimiz Moskva küçələrində - VİDEO

Bakıda tikiləcək 10 yeni metrostansiya ilə bağlı detallar - VİDEO

Hərbi təhsil sahəsində Azərbaycan-Türkiyə əməkdaşlığı müzakirə edildi

Belarusun Baş naziri Səbail Rayon Yanğından Mühafizə Hissəsində olub - VİDEO/FOTO

Leysan olacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
jpg-1746437920.jpg)