Bakıda tıxaclar niyə aradan qaldırılmır?!
Heç belə getsə, aradan qaldırılmayacaq da! Çünki əksər sürücülər yol hərəkəti qaydalarını tez-tez pozurlar. Məsələn, sadəcə olaraq bir çox sürücülər dayanma və durma qaydalarına belə əməl etmirlər. Şəhərin əksər küçələrində avtomobilləri yolun sağında və solunda saxlayırlar. Hətta bəzi sürücülər üçüncü cərgədə belə avtomobili saxlayıb harasa gedir. Bu zamanda yol daralır, nəqliyyat vasitələri ordan keçə bilmir və nəticədə tıxaclar yaranır. Və hələ də bu azmış kimi, mərkəzi prospektlərdə günün səhər və axşam saatlarında avtomobil sıxlığı olanda digər nəqliyyat vasitələri qarşı tərəfin yoluna çıxır və beləcə hər iki tərəfdən yol bağlanır.
Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin inspektoru, polis baş leytenantı Toğrul Nəsirli də dəfələrlə hərəkət iştirakçılarına və sürücülərə müraciət edib. Polislər xidmət aparanda bəzi sürücülər deyilənlərə əməl etsələr də yenə yol polisi başqa sahədə xidmət aparmağa gedərkən görürsən ki, sürücülər qaydaları pozur. Bu nə vaxta qədər belə olacaq, bax, onu bilmək olmur?!
Emin FAİQOĞLU
Digər Xəbərlər
29 Dekabr 2025 12:57
Yollar qar və buzdan təmizlənir - VİDEO
29 Dekabr 2025 12:31
Prezident ailəsi ilə birlikdə “Ağ Şəhər”də açılış etdi - FOTOLAR
29 Dekabr 2025 12:18
Sabah rayonlara qar yağacaq, güclü külək əsəcək
29 Dekabr 2025 11:33
Quş qripinə qarşı növbəti epizootoloji monitorinq olacaq
29 Dekabr 2025 10:47
Kəlbəcərdən maraqlı GÖRÜNTÜ - Ana-bala cüyürlər... - FOTO
29 Dekabr 2025 10:35
Bakıda meteor yağışı olacaq
27 Dekabr 2025 13:45
Leyla Əliyevanın təşəbbüsü ilə uşaqlar üçün Yeni il şənliyi keçirildi - FOTOLAR
26 Dekabr 2025 20:28


Bakı -°C

