Bakıda tramvay xətti bu küçələrdən keçəcək - ADLAR

"Təəəssüf ki, təsdiqindən dörd ay keçsə də, baş planda göstərilən layihələrin icrasına dair hər hansı bir "time-plan" ictimaiyyətə açıq şəkildə bildirilməyib".
Adalet.az xəbər verir ki, bu sözləri bloqer-urbanist Anar Əliyev deyib.
Onun sözlərinə görə, Baş planın əsas sənədində Heydər Əliyev Mərkəzinin və Ağa Neymətulla küçəsinin ətrafında pilot layihənin icrası nəzərdə tutulur, lakin icraçı qurumlardan rəsmi məlumat yoxdur:
"Baş planda tramvay və ya metrobus xətlərinin yaradılması qeyd olunur. Bu nəqliyyat növlərinin yaradılması məqsəd olaraq sənəddə qeyd olunur, lakin hansı dəqiq olacaq – relsli klassik tramvay və yaxud BRT (Bus Rapid Transit – ayrılmış zolaqla sürətlə hərəkət edən avtobus) – bu qeyd olunmur.
Nəqliyyata cavabdeh olan aidiyyatı qurumlar (Yerüstü Nəqliyyat Agentliyi və "Azərbaycan Dəmir Yolları" QSC) tramvayın dəqiq salıb-salınmasına dair planlar açıqlamır. Baş planda Azadlıq prospekti, Neftçilər prospekti, Füzuli küçəsində həmin BRT və yaxud tramvay xətlərinin çəkilməsi öz əksini tapır. Bu məqsədəuyğun ola bilər, həmçinin Qara Qarayev prospektdə məqsədəuyğun olardı".
Ekspert metro xətlərinin inkişaf planı barədə isə bunları bildirib:
"İlk növbədə dairəvi xətt layihəsi bitirilməlidir (Həzi Aslanov və Xətai stansiya birləşməlidir), Həmçini "Koroğlu" və "Dərnəgül" stansiyalar arasında 3 stansiya tikilməlidir. Bunun üçün təxmini 3 milyard manat vəsaitə ehtiyac var.
Bir daha qeyd etmək istəyirəm ki, baş planın təsdiqindən 4 aya yaxın vaxt keçsə də, onun icra planı heç bir dövlət qurumu tərəfindən indiyə qədər ictimaiyyətə açıqlanmayıb". BAKU.WS
Digər Xəbərlər
30 Oktyabr 2025 14:25 Növbəti köç karvanı Vəngli kəndinə çatdı - YENİLƏNİB
30 Oktyabr 2025 14:14 “Hamiləlik faktı üzə çıxanda, bəzən ailələr qızlarını ayıbdan xilas etmək üçün...”
30 Oktyabr 2025 09:30 Leyla Əliyeva “Gənc arıçı” layihəsinin iştirakçısı ilə görüşdü - FOTOLAR
29 Oktyabr 2025 12:30 Yağış yağacaq. şimşək çaxacaq - SABAHIN HAVASI
29 Oktyabr 2025 11:59 Leyla və Arzu Əliyevalar Axar-Baxar Milli Parkının açılış mərasimində - FOTOLAR
29 Oktyabr 2025 09:46 "Bu təhlükə ilə üzləşdikdə dərhal yüksəkliyə qalxın" - Əhaliyə xəbərdarlıq
29 Oktyabr 2025 09:16 Polis “Təmiz hava” aylığı ilə əlaqədar tədbir keçirdi - VİDEO
28 Oktyabr 2025 18:39 

Bakı -°C 






