Bakıda yol polisi ölümdən döndü
Dünən Xəzər rayonu ərazisində yol polisi avtomobillərinin iştirakı ilə yol qəzası baş verib.
Adalet.az xəbər verir ki, Mərdəkan-Zuğulba yolunda “Toyota” markalı avtomobil yol kənarında dayanmış Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə məxsus “BMW” markalı xidməti avtomobilə çırpılıb. O da öz növbəsində qarşısında dayanmış digər DYP maşınını vurub.
Hadisənin videosundan görünür ki, DYP maşınının arxasında dayanmış polis əməkdaşı özünü zərbədən son anda qaçıra bilir.
Bakı ŞBPİ-nin Dövlət Yol Polisi İdarəsinə (DYP) baş instpektoru Araz Əsgərli bildirib ki, hadisə nəticəsində avtomobillərə ciddi ziyan dəyib. Xoşbəxtlikdən ciddi xəsarət alan olmayıb.
Digər Xəbərlər
30 Oktyabr 2026 23:12
İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat
30 Oktyabr 2026 19:46
Bu rayonda elektrik enerjisinin verilişi dayandırılacaq
30 Oktyabr 2026 17:23
Naxçıvanda maşın 9 yaşlı uşağı vurdu
30 Oktyabr 2026 15:39


Bakı -°C

