17 Avqust 2024 15:45
308
MƏMLƏKƏT

Bakının bütün ərazilərinə suyun verilməsi BƏRPA OLUNDU - RƏSMİ

Oğuz-Qəbələ-Bakı kəmərindəki təmir-bərpa işlərinin yekunlaşmasından sonra ərəzilərə suyun qrafikə uyğun verilməsi tam bərpa olunub.

Bu barədə Adalet.az-a İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib.

Qeyd edək ki, Oğuz-Qəbələ-Bakı kəmərindəki təmir-bərpa işlərinə görə paytaxt ərazisinə suyun verilməsində bir neçə gün idi problemlər yaşanırdı.