05 Dekabr 2024 11:46
798
İQTİSADİYYAT

Bakının ilk trolleybusu:83 yaş, 63 illik səmərə, 20 illik ölü...

Düz 83 il əvvəlin bu günü - 5 dekabrda Bakının küçələrində ilk dəfə tralleybus fəaliyyətə başlayıb.

Adalet.az xəbər verir ki, Bakıda ilk trolleybus istismarına 1941-ci ildə başlanılıb. Həmin vaxt 7,5 km-lik xəttə 15 trolleybus fəalliyət göstərib. Trolleybus marşrutları ilk olaraq Neftçilər prospektindəki, Üzeyir Hacıbəyov və indiki İsiqlaliyyət küçəsindəki temvay xətlərini əvəz edib. Şəhərdə trolleybus sistemi 60-70 illərdə tam təkmilləşib. 1980-ci illərdə isə xətlərin uzunluğu 300 kilometrə çatıb. və 32 marşrut mövcud olub.
Şəbəkə həmçinin Bakı ətrafı bir necə qəsəbəni də əhatə edib. Burada həm də iki depo mövcud olub. 90-cı illərə qədər inkişaf yüksək olmasına baxmayaraq xalq arasında məşhurluğu olduqca zəif olub.

Hətta tramvaydan belə geri qalırdı. 32 marşrutdan cəmi 6-sı rentabelli idi. 63 il şəhər sakinlərinin xidmətində olan Bakı tralleybuslarının qismən aradan çıxması,   2004-cü ildə isə tamamən ləğv edilməsinə gətirib çıxartdı. Beləliklə, Bakı tralleybusunun 83 yaşı olsa da,  ömrü 63 yaşında qırıldı. 

8 marşrut üzrə hərəkət edən Gəncə trolleybusu isə İlk dəfə 1 may 1955-ci ildə istifadəyə veriliir. 112.9 km uzunluğu olan Gəncə trolleybus xəttinində “kitab”ı  2004-cü ildə bağlanıb. Daha dəqiq, hazırda Gəncə trolleybusunun 69 yaşı olsa da, 49-cu ilində xəttən yığışdırılıb. 

Amma 28 aprel 1961-ci ildə istifadəyə verilən, maşrutlarının ümumi uzunluğu 48.9 km-ə çatan və 8 xəttən ibarət Sumqayıt trolleybusunda Gəncə və Bakı tralleybuslarının ləğvindən 2 il sonra - 1 yanvar 2006-cı ildə hərəkət tamamən dayandırılır. Başı çox zaman qalmaqalda olan Sumqayıt tralleybusu üç dəfə fəaliyyətini dayandırıb və sonradan fəaliyyətini davam etdiridi. Sumqayıt trolleybusunun ilk fəaliyyətindən 63 il keçsə də, o da 43 il sərnişinlərin xidmətində olub.

Naxçıvanda da trolleybus olub. Həm də 3 noyabr 1986-cı ildən... 20 illik fəliyyəti dövründə cəmi üç maşrut fəaliyyət olan Naxçıvan trolleybusu da 2004-ci ilin aprelində tamamilə yığışdırılır. 38 il əvvəl Naxçıvanda sevilən ictimai nəqliyyat kimi yaddaşa yazılan tralleybus bu şəhərdə  heç 18 yaşına da çata bilmədi.


Ən gənc və ömrü gödək tralleybus isə  Mingəçevir şəhərində mövcud olub. Deməli, mingəçevirlilər ilk dəfə 15 aprel 1989-ci ildə sevinclə bu nəqliyyat vasitəsi ilə tanış olublar. Cəmi üç xətt olan Mingəçevir trolleybusu 2006-ci ilin aprelində şəhərdən yığışdırılıb. 17 il xidmət dövrü keçmiş, hazırda 35 yaşı olan tralleybusu 18 ildir Mingəçevirin küçələrində görən olmayıb.

Ekspertlər düşünür ki, yenidən tralleybusların fəlaiyyətə başlaması mümkün görünməsə də, amma 2012-ci ildən üzü bəri tramvaylar haqqında nikbin söhbətlər gedir.


Ötən ay nəqliyyat üzrə ekspert, mühəndis Azər Axundov Bakı şəhərinin 2040-cı ilədək təsdiq edilmiş Baş İnkişaf Planının məlumatlarına əsaslanaraq, Baş Planda tikintisi nəzərdə tutulan paytaxtın gələcək tramvay xətlərinin xəritəsini hazırlayıb.

təqdim olunan xəritədə gələcək xətlərin sxemi əks olunub. Ən uzunu Bakı buxtasının sahili ilə – Bibiheybət qəsəbəsindən başlayaraq Mikayıl Useynov, Neftçilər və 8 Noyabr prospektləri ilə Əhmədli kəndi istiqamətində getməlidir.

Həmçinin metronun “İçərişəhər” və “28 May” stansiyaları ərazisindən Azadlıq prospekti boyunca və Binəqədi kəndi istiqamətində uzadılmış tramvay xətti çəkilməlidir.

P.S. Bilmirəm, tralleybusların yenidən xəttə çıxması niyə mümkün variant hesab olunmur. Amma Ermənistanda 2023-cü ildən ən müasir 15 ədəd Yutong ZK6128BEVG tralleybusları şəhər sakinlərinə xidmət göstərir.
Bir neçə gün əvvəl isə İrəvan bələdiyyəsinin iclası zamanı mer müavini Suren Qriqoryan bildirib ki, dekabrın 2-dən İrəvanda əlavə 15 yeni trolleybus fəaliyyətə başlayacaq:”Meriyanın vəsaiti ilə alınan trolleybuslar oktyabrda şəhərə gətirilib və yeni avtobusların istismarı 2025-ci il yanvarın 1-dən başlayacaq.

 Əntiqə Rəşid