Bakının mərkəzində maşın yandı - VİDEO
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Ü.Hacıbəyli küçəsində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.
Adalet.az xəbər verir ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində vətəndaşa məxsus “AUDİ” markalı minik avtomobilinin salonunda baş vermiş yanğın digər hissələrinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində avtomobilin idarəetmə lövhəsi və salonu yanıb.
Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Digər Xəbərlər
14 Noyabr 2025 10:49
Təyyarə qəzasında şəhid olan hərbçilərlə vida mərasimi keçirilir - VİDEO
14 Noyabr 2025 10:45
Bacısı Əhmədin şəhid olduğunu yuxuda görübmüş - FOTO
14 Noyabr 2025 10:02
Metroda qorxulu anlar - Giriş-çıxış bağlandı
14 Noyabr 2025 09:58


Bakı -°C

