Bakıya istirahətə gəlmişdi, quyuya düşüb yaralandı - AÇIQLAMA

Masallıdan Bakıya istirahətə gələn gəncin kanalizasiya quyusuna düşərək xəsarət alması ilə bağlı məlumat yayılıb. Hadisənin dünən günorta saatlarında Azərbaycan prospekti 57 A ünvanında baş verdiyi deyilir.
Zərərçəkənin sözlərinə görə, quyunun qapağı olsa da, qırıq olub. Nəticədə vətəndaş qapağın üstündən keçərkən içinə düşüb və müxtəlif bədən xəsarətləri alıb.
Adalet.az xəbər verir ki, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Mətbuat xidməti hadisə ilə bağlı açıqlama yayıb.
Qurumdan gəncin düşdüyü quyunun kanalizasiya quyusu olmadığı bildirilib: “Azərbaycan prospekti 57 A ünvanı Yasamal rayonu ərazisində yerləşir. Rayon Sukanal İdarəsinin əməkdaşları hadisə yerindən videoməlumat hazırlayıblar. Məlum olub ki, kanalizasiya quyusu kimi təqdim olunan quyu kabel-kanal quyusudur, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin fəaliyyət sferasına aid deyil. Hadisənin Xidmətlə heç bir əlaqəsi yoxdur”.
Digər Xəbərlər

Tərtər çayında boğulan yeniyetmənin meyiti TAPILDI

Bakıda məşhur şadlıq sarayları cərimələndi

Sumqayıtda partlayış - Bir nəfər yaralandı

Azərbaycanda övladlığa götürülən qız anasını evdən çıxardı - VİDEO

Hacıqabulda ərazilərin sudan təmizlənməsi davam etdirilir - VİDEO

Hacıqabulda selin apardığı velosipedçini polis ölümdən qurtardı - VİDEO

“Vialon” MMC sakinlərlə razılaşmadan söküntü aparır - VİDEO
