03 Iyul 2024 15:56
650
KRİMİNAL

Bakıya narkotik gətirmək istəyən şəxs saxlanılıb

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirlər ilə narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində iştirak edən Xəyal Məmmədov saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Adalet.az-a verilən məlumata görə, X.Məmmədovdan 6 kiloqram marixuana və metamfetamin, əlavə olaraq 178 ədəd metadon həbi aşkarlanıb.

Araşdırmalarla onun narkotik vasitəni İran vətəndaşından əldə etdiyi və pul qarşılığında Bakı şəhəri ərazisində deyiləcək ünvanlara çatdırmağa razılaşdığı müəyyən edilib.

Araşdırma aparılır.