Sümbülə Əliyeva azadlığa buraxıldı
Bakıdakı 1 saylı Hüquq Məsləhətxanasının sabiq müdiri, həbsdə olan vəkil Sümbülə Əliyevanın barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Adalet.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmişlərin müdafiəçisi Əbil Həsənov çıxış edib.
Sünbülə Əliyeva son söz deyərək, məhkəmədən bəraət istəyib.
Məhkəmə müşavirədən sonra hökm elan edib.
Hökmə əsasən, Sünbülə Əliyeva məhkəmə zalından azad edilib.
Proses iyulun davam etdiriləcək.
İttihama görə, Sümbülə Əliyeva hüquq məsləhətxanasında vəkillərin gəlirlərindən sosial sığortaları və pensiya fonduna ödənməli olan məbləği dövlət büdcəsinə köçürməyib və mənimsəyib. O, Cinayət Məcəlləsinin 179.3.2 və 213.1-ci maddəsi ilə ittiham edilir. Zərərçəkmiş qismində Dövlət Sosial Müdafiə Fondu, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, Vəkillər Kollegiyasının Rəyasət Heyəti tanınıb.
Vəkillər Kollegiyası Rəyasət Heyətinin qərarı ilə Sümbülə Əliyevanın vəkillik fəaliyyəti barəsində elan olunacaq hökm qanuni qüvvəyə minənədək dayandırılıb.
Sümbülə Əliyeva bir çox tanınmış şəxsin vəkili olub. Onun cinayət işi üzrə məhkəmədən yayınması əsas gətirilərək barəsində həbs qətimkan tədbiri seçilib.
Digər Xəbərlər
08 Sentyabr 2026 16:50
Anar Əsədli barəsində qərar verildi
08 Sentyabr 2026 15:08
Ali Məhkəmədən onlayn kreditlərlə bağlı mühüm açıqlama
28 Avqust 2026 13:32
Prokurorluqdan Ziya Muradovun ölümü ilə bağlı AÇIQLAMA
27 Avqust 2026 10:18
Ali Məhkəmə: Dövlət satınalmalarında şifahi müqavilə olmaz
25 Avqust 2026 17:26
Rasim Həsənovun azadlığa buraxılması qərarından protest verilib
24 Avqust 2026 19:00
Beynəlxalq axtarışda idi - Azərbaycana gətiriləcək
21 Avqust 2026 12:13
Araik və Vardanyanla bağlı üçüncü ölkəyə müraciət edild
20 Avqust 2026 13:50


Bakı -°C

