19 Oktyabr 2021 18:07
42099
RUBRİKA

Balıq mövsümünün "Omeqa-3"  ilə zəngin yeməklər: Balıq şorbası, qızartması, soyutması...

Sentyabr ayından etibarən balıq mövsümü başlayıb Balıq sevənlərin həvəslə gözlədikləri tərkibində “r” hırfi olan ayları balıqsız keçirmək günahdı. Balıq ətinin tərkibindəki zülal, D vitamini, fosfor və kalsium kimi maddələr insan orqanizmi üçün çox xeyirlidir. 

Adalet.az tibb dərgilərinə istinadən xəbər verir ki, tez-tez balıq əti yeyən adamlarda iflic və ürək çatışmazlığı baş verməsi faizi olduqca aşağıdır. Odur ki, balıq qida rasionumuzda həftədə iki dəfə mütləq yer almalıdır. Çünki orqanizm üçün vacib olan Omeqa-3 ilə zəngindir.
Adətən balıqdan qızardılmış formada istifadə edirik. Mütəxəssislər isə balığı qızartmağı məsləhət görmürlər.
balıq şorbasının hazırlanma qaydasını təqdim edir:


Lazım olanlar:


350 qram levrək balığı (dəniz bassı)
2 xörək qaşığı kərə yağı
Yarım kərəviz
1 soğan
1 kök
2 ədəd bibər
5 diş sarımsaq
1 xörək qaşığı un
6 stəkan su
Duz, istiot
Şüyüd


Hazırlanması:


Kərəviz, soğan, sarımsaq və kökü rəndələyib, soğanı doğrayın. Daha sonra onları yağda qovurun və unu da ora töküb qovurmağa davam edin. Suyu əlavə edib 30 dəqiqə qaynadın. Balığı kiçik kvadratlar formasında doğrayıb, qazana tökün. Duz və istiotu da vuraraq, şorbanı 10 dəqiqə balıqla birlikdə qaynadın. Doğranmış bibər və şüyüdlə isti-isti servis edin.


 

 

Yeri gəlmişkən, kiçik balıqlar qızartmalar üçün idealdır. Palamut kimi böyük balıqlar isə dilim halında qızardılmalıdır. Balıqları una batardıqda həm daha ləzzətli olur, həm də tavaya yapışmır. Balıqları yumamışdan əvvəl yaxşıca təmizləyib və kağız dəsmal ilə yaxşıca qurudun. Tavada qızartdıqda balığın yağı özünə çox çəkməməsi üçün qızğın yağda və yüksək odda qızardılmalıdır. 

 

lim

Qrildə qızartma üçün ən yaxşı balıqlar iri və yağlı olanlardır. Əgər başqa balıqları seçsəniz qızartdıqda yapışacaq. Qrildə qızartmmışdan əvvəl balıqlara 2-3 saat əvvəl soğan suyu və zeytun yağı yaxsanız  daha ləzzətli olar.Tez bişirmək üçün balıqları hissələrə bölərək şişə də çəkə bilərsiniz.

 Əntiqə Rəşid