Bank kart kodlarını naməlum şəxslərə verməyin! - DİN çağırış edir

Bank işçiləri heç vaxt bankın göndərdiyi SMS-də kart kodu, PİN kodu və ya digər kod, məlumatlar tələb etmirlər.
DİN-in Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev Adalet.az-a bildirib ki, yalnız fırıldaqçılar gizli kodlarla maraqlanır. Məhz bu üsulla, xarici nömrələrdən zəng olunmaqla, “bankdandır, bank kartınıza müdaxilə var” adı ilə talama halları var və geniş vüsət alıb. Bu metodlarla dekabrın 19-20 tarixlərində ayrı-ayrı vətəndaşlara məxsus bank kartlarından 50000, 13000, 10000, 8650, 8400, 4715, 4700, 7250, 4000, 3900, 3572, 3500, 2360, 2340, 2396, 2397, 2300, 2200, 1960, 1886, 1500, 1480, 1480, 1300, 1150, 900, 850, 750, 740, 570, 410, 400, 378, 200, 170, 130, 100, 97, 51, 50 manat oğurlanıb.
Elə zərərçəkmişlər var ki, özündə olan digər kartların da məlumatlarını verib ki, xahiş edirəm, buna da baxın, karta müdaxilə varsa, aradan qaldırın. Nəticədə həmin kartlarda olan vəsaitlər də oğurlanıb.
Heç bir halda şəxsi olan, məxfilik daşıyan bank kartı məlumatlar qarşı tərəfə-naməlum şəxsə verilə bilməz, çünki bu məlumatlarla maraqlanan şəxsin məqsədi pullarınızı tala-maq-dır.
Digər Xəbərlər

Ramazanın 14-cü günü: Dua, imsak və iftar vaxtı...

Prezident Fatih Birola “Dostluq” ordenini təqdim etdi - FOTOLAR - YENİLƏNİB

Keçmiş məcburi köçkünlər sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib

Komitə sədri keçmiş məcburi köçkünlərin müraciətlərini dinləyib - FOTOLAR
jpg-1741864544.jpg)
Adı Bakı məhkəməsində hallanan Jirayr Səfilyan: Livanlı qatil...
jpg-1741858283.jpg)
Tandelyan ermənilərə səsləndi: BMT ofisinin qarşısında Bakıya qarşı aksiya...

Prezidentdən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə bağlı FƏRMAN
