Bank kartlarına kiber hücumlar edən şəbəkə üzvləri həbs edildi - VİDEO
![](https://adalet.az/uploads/img/posts/2024/07/20/35jpeg-1721482665.jpeg)
Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyat nəticəsində bank kartlarından xüsusi proqramlardan istifadə etməklə maddi vəsaitlər oğurlayan Cavanşir Rüstəmzadə, Mehman Əsədov və Novruz Qulami saxlanılıblar.
Adalet.az DİN-ə istinadən xəbər verir ki, araşdırmalarla müəyyən olunub ki, M.Əsədov vətəndaşlara məxsus kartların məlumatlarını müxtəlif üsul və vasitələrlə əldə edib. Sonradan o, kartlarda olan külli miqdarda pul vəsaitini Cavanşir Rüstəmzadə və Novruz Qulaminin adına açılmış hesablara köçürüb. Pul vəsaitləri müxtəlif bankomatlarda nağdlaşdırılaraq saxlanılan şəxslər arasında bölünüb. Dəstə üzvləri həmçinin internet üzərindən onlayn maliyyə əməliyyatları aparan vətəndaşların ödəmə sistemlərindəki məlumat bazalarına da müdaxilə edərək onların rekvizitlərini əldə ediblər. Saxlanılanların istifadələrində olan kompüter avadanlıqlarına və məlumat daşıyıcılarına baxış zamanı çoxsaylı elektron sübutlar və digər dəlillər müəyyən edilərək götürülüb.
Faktlarla bağlı Baş İdarədə cinayət işi başlanılıb. Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.
Digər Xəbərlər
![](https://adalet.az/uploads/img/posts/2024/07/20/14jpg-1721460561.jpg)
Xəzərdə əməliyyat: 26 kq narkotik müsadirə edildi
![](https://adalet.az/uploads/img/posts/2024/07/20/9jpeg-1721458242.jpeg)
Azad olunan ərazilərdə pulemyot, avtomat və qumbaralar tapılıb
![](https://adalet.az/uploads/img/posts/2024/07/20/8jpg-1721455240.jpg)
Qaradağda 57 yaşlı qadın qətlə yetirilib, şübhəli bilinən oğlu saxlanılıb
![](https://adalet.az/uploads/img/posts/2024/07/20/2jpg-1721453543.jpg)
Narkotikin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər tutuldu
![](https://adalet.az/uploads/img/posts/2024/07/20/1jpg-1721453492.jpg)
Bakıda 75 yaşlı kişini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB
![](https://adalet.az/uploads/img/posts/2024/07/19/1jpg-1721371027.jpg)
Cinayətdə şübhəli bilinən 56 nəfər saxlanıldı
![](https://adalet.az/uploads/img/posts/2024/07/19/5jpg-1721368068.jpg)
İsmayıllıda çətənə kolları becərən iki ailənin üzvləri saxlanıldı - FOTOLAR
![](https://adalet.az/uploads/img/posts/2024/07/19/1jpg-1721367059.jpg)