Bank kartlarının talanmasına görə istintaq təxirə salınmadan aparılacaq

Əhalinin bank kartı hesablarından pul vəsaitlərinin talanması halları ilə bağlı istintaq hərəkətləri təxirəsalınmadan aparılacaq.
Adalet.az xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunan Cinayət-Prosessual Məcəlləsinə dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Bildirilib ki, dəyişikliklər son dövrlərdə müasir informasiya texnologiyalarından istifadə olunmaqla əhalinin bank kartı hesablarından pul vəsaitlərinin talanması hallarında bu cinayətlərin təqibinin operativliyinin təmin etmək məqsədilə təklif edilir.
Mövcud qanunvericiliyə əsasən, maliyyə əməliyyatları, bank hesablarının vəziyyəti və vergilərin ödənilməsi barədə məlumatlar daxil olmaqla, şəxsi, ailə, dövlət, kommersiya və ya peşə sirrini təşkil edən məlumatların ələ keçirilməsi növündə istintaq hərəkəti, müstəntiqin əsaslandırılmış vəsatəti ilə razı olan ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında yalnız məhkəmənin qərarı əsasında həyata keçirilir.
Təklif edilən dəyişikliyə əsasən, bu istintaq hərəkətinin təxirəsalınmadan aparılması zəruri olduğu hallarda müstəntiq tərəfindən belə zərurətin əsaslandırıldığı vəsatətə o məhkəməyə daxil olduqdan sonra 24 saat müddətində baxılacaq.
Qanun layihəsi səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Nicat
Digər Xəbərlər

"Maşa və Ayı"ya görə Space TV-yə xəbərdarlıq edildi

Dövlət Komitəsində xarici jurnalistlərlə görüş keçirilib

Laçın şəhərinin Baş planı təsdiqləndi

Qaz təchizatının kəsilməsi ilə bağlı yeni qaydalar müəyyənləşir

Qırıcı təyyarələrimizin hazır vəziyyətə gətirilməsi ilə bağlı xəbər yalandır

Müharibə veteranlarına verilən 80 manat artırıla bilər? - Rəsmi açıqlama

Prezidentin iqlim məsələləri üzrə nümayəndəsinin hüquqi statusu müəyyənləşib
