24 Iyun 2025 15:16
269
İDMAN

“Barselona” “Kamp Nou”ya vaxtından əvvəl qayıda bilər

İspaniyanın “Barselona” klubu yenidən qurulan “Kamp Nou” stadionunda ilk oyununu bu ilin avqust ayında keçirə bilər.

Adalet.az xarici mətbuata istinadən xəbər verir ki, Kataloniya təmsilçisinin avqustun 10-da həmin arenada “Joan Gamper Kuboku” çərçivəsində İtaliya təmsilçisi “Komo” ilə görüşü nəzərdə tutulub.

Lakin həmin tarixdə stadiona qayıtmaq üçün klub rəhbərliyi qısa müddətdə müvafiq sənədləri hazırlamalıdır.

Daha əvvəl “Kamp Nou”nun təmirdən sonra yenilənmiş versiyasında ilk ev oyunlarının sentyabr ayında baş tutacağı planlaşdırılırdı. Stadionda yenidənqurma işlərinə 2022-ci ilin iyununda başlanılıb. Layihəyə arenanın azarkeş tutumunun 105 min nəfərə qədər artırılması da daxildir.

Bu müddət ərzində kataloniyalılar ev matçlarını Lui Kompanis adına Olimpiya stadionunda keçiriblər.