"Barselona" səfərdə "Sevilya"nı məğlub etdi - VİDEO
İspaniya La Liqasında XXIII turun daha 4 oyunu keçirilib.
Adalet.az xəbər verir ki, turun mərkəzi görüşündə “Barselona” səfərdə “Sevilya”nın qonağı olub. Qarşılaşma Kataloniya təmsilçisinin inamlı qələbəsi ilə başa çatıb - 4:1.
Matçda hesab erkən qolla açılıb. Qonaqların hücumçusu Robert Levandovski 7-ci dəqiqədə rəqib qapısına yol tapıb. Amma “Barselona” futbolçularının qol sevinci cəmi 1 dəqiqə çəkib. Buraxılan qoldan dərhal sonra “Sevilya”nın yeni transferi Ruben Varqas tarazlığı bərpa edib. İlk hissə bu hesabla bitib.
Kataloniyalılar ikinci yarıya da qolla başlayıblar. Fermin Lopes 46-cı dəqiqədə komandasını yenidən hesabda önə çıxarıb. Doqquz dəqiqə sonra Rafinya 3-cü qolu meydan sahiblərinin qapısından keçirib. 63-cü dəqiqədə Lopes birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub. Oyunda son nöqtəni isə Erik Qarsiya qoyub. 89-ci dəqiqədə fərqlənən futbolçu qonaqların böyükhesablı qələbəsini rəsmiləşdirib.
Bu qələbədən sonra xallarını 48-ə çatdıran və 3-cü pillədə qərarlaşan “Barselona” ilə lider “Real Madrid”lə xal fərqini 2-yə endirib. Turnir cədvəlinin 2-ci pilləsində 49 xalı olan “Atletiko” yer alıb. “Sevilya” isə 28 xalla 13-cüdür.
Digər Xəbərlər
22 Yanvar 2026 17:36
"Barselona"da ciddi itki - Bir ay oynamayacaq
22 Yanvar 2026 13:09
"Qarabağ"ın "Top-4" liqa klublarına qarşı ilk qələbəsi - Tarixi göstəricilər
22 Yanvar 2026 12:47
«QARABAĞ» AYĞIRLARININ KİŞNƏLTİSİ "AYNTRAXT"I SİLKƏLƏDİ
22 Yanvar 2026 10:24
""Liverpul"la oyuna xal və ya xallar qazanmağa gedəcəyik" - Bəhlul
22 Yanvar 2026 09:47
Çempionlar Liqası: "Barselona" və "Bavariya" qələbə qazandı
22 Yanvar 2026 01:16
"Qarabağ"ın baş məşqçisi: "Hakimlə bağlı lazım olan şərhi Prezident İlham Əliyev verib"
22 Yanvar 2026 00:46
Bəhlul Mustafazadənin qolu tarixə düşdü
22 Yanvar 2026 00:43


Bakı -°C

