28 May 2025 09:53
249
İDMAN

“Barselona” Yamalla müqavilə müddətini uzatdı

Barselona” futbolçusu Lamin Yamalla müqavilə müddətini uzadıb. 

Adalet.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

17 yaşlı vingerlə yeni sözləşmə 2031-ci ilin iyun ayına qədərdir.

Qeyd edək ki, Lamin Yamal bu mövsüm “Barselona”nın heyətində 55 oyuna çıxaraq 18 qol vurub və 25 qolun ötürməsini edib. Onun əvvəlki müqaviləsi 2026-cı ilin yayına qədər idi.