Ərdoğan: Laçın hava limanı regionu dünya ilə birləşdirəcək

Laçın hava limanı regionun nəqliyyat infrastrukturunu başqa səviyyəyə qaldıracaq, regionu dünya ilə birləşdirəcək.
Adalet.az apa-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan qayıdarkən jurnalistlərə müsahibəsində bildirib.
O qeyd edib ki, Laçın hava limanı təkcə yerləşdiyi region üçün deyil, bütün Azərbaycan üçün böyük əhəmiyyət kəsb edəcək.
“Bu infrastruktur sərmayələri həm də sülhə yol açacaq. Türkiyə və Azərbaycan kimi çox sahələrdə, xüsusilə strateji hesab etdiyimiz müdafiə, enerji, kənd təsərrüfatı və heyvandarlıq sahələrində əməkdaşlığı inkişaf etdiririk.
Ərdoğan onu da əlavə edib ki, Türkiyə Azərbaycanla ərzaq təminatında daha sıx əməkdaşlıq etmək istəyir: “İnanıram ki, bu əməkdaşlıq Türk Dövlətləri Təşkilatına üzv olan digər qardaş ölkələrimiz üçün də bir siqnal olacaq. Artıq tədarükümüz çox olan məhsullarda qardaş ölkələrə üstünlük verəcəyik. Birlikdə daha çox istehsal edib daha çox paylaşacağıq və gələcəyə daha möhkəm addımlayacağıq”.
Digər Xəbərlər

İsrail və HƏMAS arasında TARİXİ RAZILAŞMA

Fidan: Türkiyə Rusiya və Ukrayna arasında danışıqlar üçün ideal yerdir

Abxaziyada Azərbaycan və Türkiyə vətəndaşları saxlanılıb
