Fidan: Türkiyə Rusiya və Ukrayna arasında danışıqlar üçün ideal yerdir

İstanbul Rusiya-Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqların aparılması üçün ideal seçimdir.
Adalet.az TRT telekanalına istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Polşadan Ukraynaya gedən qatarda onu müşayiət edən jurnalistlərlə söhbəti zamanı bildirib.
"Biz nizamlanma işində irəliləyiş görməyə başladıq. Bütün aspektləri nəzərə alaraq, tərəflərin oturub razılaşması üçün bir yer lazımdır. Əslində, Türkiyə bunun üçün ideal seçimdir. Bildiyiniz kimi, Rusiya tərəfi Moskvaya səfərimdən dərhal sonra bunu (iyunun 2-də İstanbulda danışıqların aparılması təşəbbüsü) bəyan etdi. Bu, indiki məqamda mühüm hadisədir", - Fidan qeyd edib.
Onun sözlərinə görə, Ukrayna hökuməti, xüsusilə də Prezident Volodimir Zelenski ilə görüşləri planlaşdırılıb. Bu görüşlərdə Türkiyənin mövqeyi və bütün tərəflərin vəziyyətə baxışı, həmçinin atəşkəsin vacibliyi müzakirə olunacaq./report
Digər Xəbərlər

İsrail və HƏMAS arasında TARİXİ RAZILAŞMA

Abxaziyada Azərbaycan və Türkiyə vətəndaşları saxlanılıb

Doha’da “Süni İntellekt və İnsan Hüquqları” mövzusunda beynəlxalq konfrans - FOTOLAR
