Baş nazir Muraşko ilə görüşdü
Azərbaycanın Baş naziri Əli Əsədov Rusiyanın səhiyyə naziri Mixail Muraşko ilə görüşüb.
Adalet.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.
Görüşdə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının növbəti məzun buraxılışının əhəmiyyəti vurğulanıb.
Yüksək ixtisaslı tibb kadrlarının hazırlanmasında mühüm rol oynayan filial Azərbaycan-Rusiya əməkdaşlığının uğurlu nümunələrindən biri kimi dəyərləndirilib.
Görüş zamanı Azərbaycan ilə Rusiya arasında səhiyyə, tibb təhsili və tibb elmi sahələrində qarşılıqlı faydalı əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.
Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayev, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru Pyotr Qlıboçko və universitetin Bakı filialının rektoru Əziz Əliyev görüşdə iştirak ediblər.
Digər Xəbərlər
13 Iyul 2026 18:20
"Güclü Azərbaycan uğrunda mübarizə bitmir"
13 Iyul 2026 17:38
Hikmət Hacıyev Özbəkistan rəsmiləri ilə görüşdü
13 Iyul 2026 17:27
Milli Məclisin son iclasının gündəliyi
13 Iyul 2026 17:23
Ceyhun Bayramov ÜGT-nin baş katibi ilə görüşüb
13 Iyul 2026 14:38
"Azərbaycan cəmiyyətindəki birliyə oxşar mənzərə tapmaq çətindir" - Prezident
13 Iyul 2026 13:33
Parlamentin son iclasının tarixi
13 Iyul 2026 13:21
Deputat yeni qanunu “torpaq amnistiyası“ adlandırdı
13 Iyul 2026 12:30


Bakı -°C

