Baş prokuror Lənkəranda vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Kamran Əliyev cari il iyunun 3-də, saat 10:00-da Lənkəran rayon prokurorluğunun inzibati binasında Lənkəran, Astara və Lerik rayon sakinlərinin qəbulunu keçirəcək.
Baş Prokurorluğun Mətbuat xidmətindən Adalet.az-a bildirilib ki, vətəndaşların qəbulla bağlı qeydiyyatı və Lənkəran rayonuna gəlmələrinin təşkili rayon prokurorları tərəfindən həyata keçiriləcək.
Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon (şəhər) prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07 nömrəli telefonu, [email protected] elektron poçt ünvanı, həmçinin prokurorluğun sosial şəbəkələrdəki səhifələri (İnstagram, Facebook və X) vasitəsilə də qəbula yazıla bilərlər.
Digər Xəbərlər

Məhkəmə "Abzas Media" əməkdaşlarına bu cəzanı verdi

Baş prokurordan yeni təyinatlar

David Manukyan məhkəmədə sualları cavablandırdı

Kamran Əliyev onları yenidən prokuror təyin etdi

"Məhkəmə sistemi texnoloji inkişafla güclənəcək" - İnam Kərimov

Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənilib - YENİLƏNİB

Kamran Əliyev bu rayonlara yeni prokurorlar təyin etdi - FOTO
