"Məhkəmə sistemi texnoloji inkişafla güclənəcək" - İnam Kərimov
Məhkəmə islahatlarının davamlılığı, hakimlərin peşəkarlığının artırılması, rəqəmsal transformasiyanın genişləndirilməsi və ictimai etimadın qorunması gələcək fəaliyyətimizin əsas prioritetlərini təşkil edir. Bu, davamlı və mərhələli şəkildə aparılmalı olan prosesdir. Dünya inkişaf etdikcə qarşımıza yeni çağırış və tələblər çıxır. Bu baxımdan gələcəyin məhkəmə sistemi yalnız hüquqi islahatlarla deyil, həm də texnoloji inkişafla güclənəcək. Süni intellekt, rəqəmsal texnologiyalar və avtomatlaşdırma sahələrindəki yeniliklər məhkəmə proseslərini daha sürətli, şəffaf və ədalətli aparmaq üçün böyük imkanlar yaradacaq. Virtual məhkəmələr, videokonfranslar və elektron imzalar vasitəsilə hüquqi xidmətlərə daha geniş çıxış təmin ediləcək və nəticədə daha əlçatan bir məhkəmə sistemi qurulacaq.
Adalet.az xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının və Ali Məhkəməsinin sədri İnam Kərimov Məhkəmə-Hüquq Şurasının fəaliyyətinin 20 illiyinə həsr olunmuş “Məhkəmə idarəçiliyi sahəsində qlobal çağırışlar” adlı beynəlxalq konfransın açılış mərasimində deyib.
O bildirib ki, bu imkanlar məhkəmələrin daha effektiv olmasına, hakimlərin iş yükünün azalmasına, qərarların daha çevik qəbuluna şərait yaradacaq və məhkəmə sisteminin fəaliyyətini daha da təkmilləşdirəcək: "Davamlı islahatlar, atılan addımlar vətəndaş məmnunluğunun artmasına hesablanıb. Çünki Azərbaycan Respublikasının dövlət siyasətinin mərkəzində məhz vətəndaş dayanır, yəni dövlətin bütün fəaliyyəti vətəndaşların rifahını, hüquqlarını və həyat şəraitini yaxşılaşdırmağa yönəlib. Buna görə də məhkəmələr vətəndaşların ədalət gözləntisinə cavab verməli, onların hüquqlarını tam şəkildə təmin etməli və hər bir fərdin müraciətinə həssas yanaşmalıdır. Təbii ki, bu da məhkəmə sisteminin inkişafı və təkmilləşdirilməsi ilə mümkündür".
İnam Kərimov vurğulayıb ki, bu il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” kimi qeyd olunur. Bu, hüquqi düşüncənin və konstitusiya dəyərlərinin təbliği baxımından mühüm əhəmiyyət kəsb edir. “Bu kontekstdə şanlı Zəfərimiz nəticəsində işğaldan azad edilmiş ərazilərdə dövlət təsisatlarının, o cümlədən məhkəmə sisteminin bərpası və fəaliyyətinin təşkili Azərbaycanın suveren hüquqlarının real təcəssümüdür. Hazırda Qarabağ və Şərqi Zəngəzurda məhkəmələrin fəaliyyət göstərməsi qanunçuluq və ədalət prinsiplərinin hər qarış torpağımızda bərqərar edilməsinin göstəricisidir. Xüsusi olaraq vurğulamaq istəyirəm ki, məhkəmə sistemi hər zaman dövlətimizin diqqət və qayğısı ilə əhatə olunub. Elə bu günlərdə məhkəmə hakimiyyətinin müstəqilliyinin təminatçısı olan dövlətimizin başçısı tərəfindən Məhkəmə-Hüquq Şurasının 20 illik yubiley medalının təsis edilməsi də bizə göstərilən yüksək etimadın bariz nümunəsidir", - deyə İnam Kərimov qeyd edib.
Digər Xəbərlər
12 Dekabr 2025 18:56
Prokurorluq orqanlarında qulluğa qəbulla bağlı müsabiqə bitdi
11 Dekabr 2025 09:46
Məhkəmə Namizəd Səfərovla bağlı QƏRAR VERDİ
09 Dekabr 2025 20:31
Vardanyanın məhkəməsində ifadələr dinlənildi - FOTOLAR
09 Dekabr 2025 18:21
Prokuror ərəblərə həbs cəzası istədi
08 Dekabr 2025 20:45
Vardanyanın məhkəməsində zərərçəkmişlərin ifadələri dinlənildi
08 Dekabr 2025 15:29
Məhkəmə Məmməd İbrahimliyə rədd cavabı verdi
05 Dekabr 2025 19:40
Vardanyanın məhkəməsi sənədlərin elan olunması ilə davam etdirilib
05 Dekabr 2025 16:09


Bakı -°C

