01 May 2025 11:19
90
GÜNDƏM

Baş prokuror Prezidentə təşəkkür etdi

"Mənə yenidən etimad göstərərək mühüm dövlət postuna təyinatımla bağlı ali qanunverici orqana təqdimatla müraciət etdiyinə görə Ali Baş Komandan, Cənab İlham Əliyevə öz adımdan və prokurorluq orqanlarının əməkdaşları adından təşəkkürümü bildirirəm".

Adalet.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında çıxış edən Baş prokuror Kamran Əliyev deyib.